Madrid Muxtar Universitetinin professoru və nevrologiya üzrə tədqiqatçı Conatan Benito qeyd edir ki, mehriban insanların pis niyyət göstərənlərlə müqayisədə sağlamlıq baxımından əhəmiyyətli üstünlüyü var.

"Unikal" xarici mətbuata istinadla xəbər verir ki, ekspertin fikrincə, mehriban və ünsiyyətcil insanlar daha aqressiv fərdlərlə müqayisədə ürək-damar və serebral-dolaşım xəstəliklərinə daha az məruz qalırlar. Bundan əlavə, onlar əhəmiyyətli dərəcədə daha uzun ömürlüdürlər.

Tədqiqatçı onu da əlavə edib ki, hirsli insanlar mehriban insanlardan fərqli olaraq emosional rifahın və xoşbəxtliyin nə olduğunu başa düşmürlər. Onlarda daim yüksək səviyyədə kortizol hormonu və zülal fibrinogen var ki, bu da qan laxtalanması, insult və infarkt riskini artırır. “Ümumiyyətlə, belə insanların həyat keyfiyyəti xeyli aşağıdır”, - deyə alim sözlərini yekunlaşdırıb.