Üç gün əvvəl qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanada dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, iyunun 8-də Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai”, daha sonra isə “Honda” markalı avtomobilə çırpılmışdı.
Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi. Həmin qəzada ağır bədən xəsarətləri alan “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov bu gün müalicə aldığı Qax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Seymur Əli