"Zəfər" Partiyasının sədri Ümit Özdağ ilk dəfə bu gün hakim qarşısına çıxıb. Prokuror Özdağa 4,5 ilə qədər həbs cəzası istəyib.

"Unikal" xəbər verir ki, Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinin qarşısındakı məhkəmə zalında İstanbul 18-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda müttəhim Ümit Özdağ və vəkilləri iştirak edib.

Qeyd edək ki, Özdağ barəsində yanvarın 20-də partiyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərlə bağlı istintaq başlayıb.

“Prezidenti təhqir etdiyi” üçün saxlanılan Ümit Özdağa daha sonra “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı irəli sürülüb.

Gülayə Mecid