ABŞ prezidenti Donald Tramp yenidən əlindəki qançırla diqqət çəkib.
"Unikal" xəbər verir ki, fevralda da siyasətçinin tez-tez əlini gizləməsi diqqət çəkmiş, daha sonra bunun prezidentin sağ əlindəki qançırı gizlətmək istəməsi ilə əlaqədar olduğu üzə çıxmışdı.
Bundan başqa, ABŞ prezidentinin sağ əlindəki qançır aprel ayında da qeydə alınıb.
Endokrinoloqlar və mütəxəssislər bunun müəyyən dərmanların qəbulu; bəzi xroniki xəstəliklər; yaşa bağlı dəyişikliklər; birləşdirici toxuma xəstəlikləri; vitamin çatışmazlığı; alkoqoldan sui-istifadə; qan xəstəlikləri, hətta diabet səbəbindən yarana biləcəyini qeyd etmişdilər.