İyunun 10-da səhər saatlarında Qrats şəhərindəki məktəbdə baş verən qətliamda şübhəli bilinən şəxs haqqında bəzi təfərrüatlar məlum olub.

"Unikal" xəbər verir ki, Avstriyanın “Kronen Zeitung” qəzetinin polisə istinadən verdiyi məlumata görə, şübhəli şəxs onu tək böyüdən avstriyalı anası ilə birgə yaşayıb. Nəşrin məlumatına görə, onun atası Ermənistandandır və o, boşandıqdan sonra onunla bir evdə yaşamır.

Hücum edən şəxs vida məktubundan əlavə anasına video mesaj da qoyub. Orada o, "edəcəyi iş" üçün bağışlanma diləyir. Daha sonra anasına ona göstərdiyi “qayğıya” görə təşəkkür edib.

Müstəntiqlərin fikrincə, ana videonu aldıqdan 24 dəqiqə sonra açıb - bu vaxta qədər isə atışma törədilib.

Qeyd edək ki, Qrats şəhərində baş verən atışma ölkə tarixində ən dəhşətli hadisələrdən biri olub, faciə on nəfərin həyatına son qoyub - bunlar 14-17 yaşlı uşaqlar, həmçinin 59 yaşlı müəllimdir. Hazırda hücumdan sonra 11 nəfər Qraz xəstəxanalarında qalır. Hücum edən şəxs - özünü "zorbalığın qurbanı" hesab edən bu məktəbin keçmiş 21 yaşlı şagirdi intihar edib. Onun hərəkətlərinin motivləri bəlli deyil

Hazırda iş üzrə bir neçə yüz nəfər dindirilir.