Göygöldə üzüm yarpağı yığan qadın yıxılaraq ağır xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. Belə ki qəsəbə sakini 1970-ci il təvəllüldü Mətanət Nadirova yaşadığı evin həyətində üzüm yarpağı yığan zaman yıxılıb. Bu zaman qadının döş qəfəsinə dəmir parçası batıb. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın  ehtiyatsızlıqdan  yıxılaraq xəsarət alıb. Belə ki M.Nadirova stulun üstünə çıxaraq üzüm yarpağı yığırmış. Anidən qadın yıxılıb, nəticədə stulun dəmir parçası onun döş qəfəsinə batıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov