Ağdaşda toyda dava düşüb, döyülən var.
"Unikal"ın məlumatına görə, hadisə "Ağsaray" şadlıq evində baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı olan şəxs arasında başlayan mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Ehtiram Muradov