Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığı müddəti 30 gün uzadılıb.

"Unikal" xəbər verir ki, Yevgeniya Qutsul qərardan 3 gün ərzində apellyasiya şikayəti verə bilər.

Bundan əvvəl Qutsul ədalətdən qaçıb Moldovanı tərk etməkdə maraqlı olmadığını bildirmişdi. Ona görə də o, bütün bu arqumentlərin əsassız olduğunu vurğulayıb.

Qeyd edək ki, Qutsul muxtariyyətdə 2023-cü il seçkiləri üçün seçki fondlarının idarə edilməsi prosedurunu pozmaqda, seçkilərdə “Şor” siyasi partiyasını qanunsuz maliyyələşdirməkdə və saxta sənədlər hazırlamaqda ittiham olunur. Siyasətçi itthamları rədd edir.