Cəlilabadda şəhid Elçin İsmayılovun atası Ədalət İsmayılov uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, şəhidin atasının dəfn mərasimi sabah Cəlilabadın Təklə kəndində olacaq.
Qeyd edək ki, şəhid E. İsmayılov 1994-cü ildə birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
Xatırladaq ki, E.İsmayılovun anası Sifeyrə İsmayılova mayın 2-də dünyasını dəyişib.
Xəlil Əliyev