Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərhədabad kəndində olub.
Belə ki, "QAZ 53" markalı yük avtomobili yanıb. Daha sonra yanğın yük yerində olan ot bağlamalarına keçib.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq avtomobil və ot bağlamaları tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev