Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.

K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli