Gecə saatlarında Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, 77 VC 802 dövlət qeydiyyat nişanlı “Land Cruiser” dayanmış vəziyyətdə olan 10 VV 223 nömrəli "BMW"yə dəyib.

Daha sonra nəqliyyat vasitəsi qaz xəttinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev