Azərbaycanda məktəbli dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Astara rayon Toradi kənd orta məktəbinin 10-cu sinif şagirdi Gülnarə Şahid qızı Əlizadə səhhətində yaranan ciddi problem səbəbindən mayın 4-də vəfat edib.
Mərhum məktəbin nümunəvi, əlaçı şagirdlərindən biri olub. O, bir neçə dəfə fənn olimpiadalarında uğur qazanıb. 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında yüksək nəticə göstərdiyindən fərqlənmə attestatına laiq görülüb.
Seymur Əli