Supermodel Gigi Hadid uzun müddətdir aktyor Bradley Cooperlə eşq yaşayır. Münasibətlərini ictimaiyyətdən uzaq tutan cütlük ilk dəfə açıqlama yayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Gigi Hadid mayın 5-də Nyu-Yorkda keçirilən "Met Gala"da iştirak edib
Tədbirdə supermodel müsahibə verib. Aparıcı modelin "Met Gala"ya gəlməzdən bir neçə saat əvvəl nə işlə məşğul olduğunu soruşub. Gigi Hadid sevgilisi ilə vaxt keçirdiyini etiraf edib.
Qeyd edək ki, Gigi Hadid və Bradley Cooper Nyu-Yorkdakı Le Chalet hotelində supermodelin ad günü partisinə gedərkən görüntülənib. Giginin nişan üzüyü də diqqət çəkib. Mediada aktyorun ona evlilik təklifi etdiyi bildirilib.