Almaniyanın yeni kansleri Fridrix Merz yaxın bir neçə həftə ərzində Ukraynaya səfər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazır. 

"Mən əslində yaxın bir neçə həftə ərzində Ukraynaya səfər etməyi planlaşdırıram. Hazırda bu səfərin necə baş tutacağına dair planlar üzərində işləyirik", - KİV siyasətçidən sitat gətirib.