Polşanın Baş naziri Donald Tusk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyəsinə görə cinayət məsuliyyəti ilə üzləşə bilər.

"Unikal" xəbər verir ki,  bu barədə Polşanın “Rzeczpospolita” qəzeti yazıb. 

Belə ki, Ərdoğan Tuska Polşa kansleri Anjey Zaluskinin Osmanlı İmperiyasının baş vəzirinə 1745-ci il tarixli məktubunu təqdim edib. Baş nazir hədiyyənin fotosunu "X" sosial şəbəkəsindəki səhifəsində dərc edib.

Qanuna görə, Polşa rəsmiləri minimum əmək haqqının yarısından çox olan hədiyyələri aldıqdan sonra 30 gün ərzində qeydiyyata almalıdırlar. Qəzet yazır ki, Tusk Ərdoğandan hədiyyə alanda bu tələbi qulaqardına vurub.

Polşada minimum əmək haqqı hazırda 197 dollar civarındadır, Ərdoğanın təqdim etdiyi məktubun dəyəri isə bu məbləği xeyli üstələyir.

Polşa hökumətinin informasiya mərkəzi sənədin bütün Polşa xalqına hədiyyə olduğunu və buna görə də qeydə alınmadığını bildirib. Məktub muzeyə veriləcək və ya ofisin mülkiyyətində qalacaq.

Polşa qanunlarına görə, reyestrdə qeyd olunmayan hədiyyəyə görə məmurları üç ilə qədər həbs cəzası gözləyir.

Gülayə Mecid  

Başkan Erdoğan'dan Polonya liderine anlamlı hediye: Barış ve dostluğumuzun  simgesi - A Haber Son Dakika Gündem Haberleri