Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, dövlətimizin başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.