Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əlaqələrinin hazırkı mərhələsini, o cümlədən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsini, iqtisadi və sektoral əməkdaşlığı, rəqəmsallaşma, yaşıl enerji, təhsil, infrastrukturun inkişafı, demokratik islahatlar üzrə işləri ətraflı müzakirə ediblər.

Görüş zamanı tərəflər həmçinin regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri, xüsusilə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələlərə toxunublar. 

Ağarza Elçinoğlu