Paytaxtın Nəsimi rayonunda bir nəfərin içərisində 1030 manat olan pul kisəsi soyğunçuluq yolu ilə ələ keçirilib.
"Unikal" xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 43 yaşlı B.Balakişiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.