15.05.2025-ci il tarixində saat 19:10 radələrində 1988-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli)  Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, təpə nahiyəsinin çapılmış yarası diaqnozu  təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilb və ilk cərrahi müdaxilə edilib.

 Daha sonra  Cərrahiyyə söbəsinə köçürülüb.  Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

*** 14:21

Tovuzda qadın kişiyə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən çay evlərinin birində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü E.Nağıyev baş nahiyyəsinin tranması ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib. Məlumata görə xəsarət alan E.Nağıyev çay evində işləyən qadınla mübahisə edib. Mübahisə zamanı qadın E.Nağıyevin başına pivə bakalı ilə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov