Xəbər verdiyimiz kimi, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamına qarşı dələduzluq yolu ilə onlara 5 milyon dollar atan Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Zəfər Quliyevin İstanbulda yerləşən ofisindəki işlərə bacanağı Muradov Elnur Nadir oğlu nəzarət edərək onunla birlikdə dələduzluq edib. Bakıda Ağ Şəhərdə yerləşən ofisinə isə həyat yoldaşının qohumu olan Pərviz adlı şəxs rəhbərlik edib.
Qeyd edək ki, Z.Quliyevin qeyri-qanuni sövdələşmələrini dayısı oğlu olan icra başçısının sözügedən ofisində həyata keçirilib.
Seymur Əli