“Tərtər işi” ilə bağlı ittiham olunan Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov, Ramil Əhmədov, Fuad Ağayev barələrində olan hökmdən kassasiya şikayəti verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, iş Ali Məhkəmənin hakimi İlqar Cəfərovun icraatına verilib.

Məhkəmənin ilk iclasının vaxt məlum deyil.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Cavid Ağadadaşov və Qurban Cümşüdov çəkdikləri cəza hesablanmaqla üzərlərində qəti olaraq 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.