Fransa ən təhlükəli cinayətkarları, narkobaronları və radikal islamçıları Fransa Qvianasının cəngəlliklərində saxlamağı planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Cerald Darmanin məlumat yayıb.
O qeyd edib ki, layihənin məqsədi “ən təhlükəli narkotik alverçilərini sıradan çıxarmaq”dır.
Nazir həbsxananın 2028-ci ildə açıla biləcəyini və o vaxtdan bəri bağlanmış böyük cəzaçəkmə koloniyasının yeri olan Saint-Laurent-du-Maroni-də yerləşəcəyini söyləyib. Həbsxananın dəyəri 400 milyon avro qiymətləndirilir.
Gülayə Mecid