İctimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Unikal"a açıqlamasında bildirib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
***
10:08
İctimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Unikal"a açıqlamasında bildirib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülür.
***
09:49
Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın digər sərnişinləri hədələyib.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Qadının bu hərəkəti sərnişinlər arasında narahatlıq yaradıb.