Misir Hərbi Hava Qüvvələrinə məxsus hərbi təlim təyyarəsi təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir ordusunun sözçüsü briqada generalı Qərib Əbdül Hafiz açıqlama yayıb.
Onun sözlərinə görə, hadisə zamanı təyyarədəki bütün ekipaj üzvləri həyatını itirib. Qəza ilə bağlı araşdırma başlanılıb.