Çin startapı Səudiyyə Ərəbistanında süni intellektin xəstələrə diaqnoz qoyduğu dünyanın ilk xəstəxanasını açıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şanxayda yerləşən tibbi texnologiya şirkəti "Synyi AI", aprel ayında "Almoosa Health Group" ilə əməkdaşlıq edərək Səudiyyə Ərəbistanının şərqindəki Əl-Ahsa bölgəsində pilot proqramı başladıb. Pilot layihə zamanı virtual süni intellekt üzrə həkim müstəqil olaraq xəstələrə diaqnoz qoyacaq və onlara reseptlər yazacaq. 

Qeyd edilir ki, bu, süni intellektə xəstələrə birbaşa diaqnoz qoymağa və müalicə etməyə imkan verən ən son addımdır.

Gülayə Mecid