Ağstafa sakini bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonda Vağzal adlanan ərazidə qeydə alınıb. Belə ki 1998-ci il təvəllüdlü K.Aşırov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 27 yaşlı gənc əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum  deyil.

Fakt araşdırılır.

Tural Əhmədov