"Mançester Siti" mövsümün sonunda komandadan ayrılacaq futbolçusu Kevin de Brüyneyə jest edib.

"Unikal" xəbər verir ki, klub kapitanına həsr olunmuş mozaika hazırladıb.

"Şəhərlilər"in prezidenti Xaldun Əl-Mübarək mozaikanı təqdim edib. Mozaika klubun akademiyasına gedən yolda yerləşir.

Xaldun Əl-Mübarək De Brüyne ilə birlikdə mozaikanın yanında şəkil çəkdirib.

Qeyd edək ki, daha öncə Kevin De Brüyne hazırkı mövsümün sonunda "Mançester Siti"ni azad agent statusunda tərk edəcəyini açıqlayıb. 2015-ci ildən "Mançester Siti"də çıxış edir. 33 yaşlı futbolçu bu müddət ərzində 413 matç keçirib, 106 qol vurub və 174 məhsuldar ötürmə verib. O, İngiltərə klubunda 18 kubok qazanıb.