"Ermənistana verilməyən Rusiya silahları məsələsi bağlandı, İrəvanın onları istənilən ölkədən almaq hüququ var".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
"Çatdırılmalara görə ödəniş və uğursuz çatdırılma ilə bağlı qeyd etdiyiniz epizodları bu gün müzakirə etdik, biz onları həll etdik. Bu ödənişlər başqa məqsədlər üçün hesablanıb və burada heç bir ziddiyyət yoxdur", - Lavrov bildirib.
Onun sözlərinə görə, indiki vəziyyətdə Rusiya bütün Avropaya qarşı vuruşmağa məcburdur. O, erməni dostlarından anlayış istəyib və bildirib ki, bu şərtlər altında Moskva bütün öhdəliklərini vaxtında yerinə yetirə bilməz.
Ağarza Elçinoğlu