Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, polkovnik Şahin Quliyev həbs edilib.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, Ş.Quliyev külli miqdarda rüşvət almaqda ittiham edilir.

Sabiq rəis barədə cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.