İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

"Unikal" xəbər verir ki, mayın 22-də növbəti mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə sakinlərin köçü həyata keçiriləcək. Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq.

Ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.

Xatırladaq ki, indiyədək Xocalı şəhərinə  341 nəfərdən ibarət  85 ailə, Xocalının Ballıca  kəndinə isə  172 ailə - yəni 811 nəfər köç edib.