Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna yeni müdir təyin edilib.

"Unikal"ın məlumatına görə, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyinat alıb.

O, bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon üzrə təhsil sektorunun müdiri vəzifəsində çalşıb.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil  sektoruna əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında vəzifəsindən azad edilib. 

Tural Əhmədov