Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əsasnaməsində dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü iclasında məlumat verib.

O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.