Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin vəzifəsini müvəqqəti olaraq sədrin müşaviri Kənan Quluzadə icra edir.

"Unikal" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Qeyd olunub ki, o, müvafiq qərarla bu vəzifəni icra etməyə başlayıb.

Xatırladaq ki, bu ilin mart ayında qurumun əvvəlki Aparat rəhbəri Kənan Qasımov vəzifəsindən azad edilib.