22 may 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində tarixçi alim Nazim Məmmədovun 65 illik yubiley tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Millət vəkilləri Bəxtiyar Əliyev, Elman Məmmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, elm adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Əvvəlcə qonaqlar yubilyarın kitablarından ibarət təşkil olunmuş sərgiyə baxış keçirmişlər. Respublikanın əməkdar artisti Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tarixçi alim Nazim Məmmədovu yubiley münasibətilə təbrik edərək onun əsərlərinin Qarabağ bölgəsinin tarixinin günümüzədək öyrənilməsində və yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna əhəmiyyətə malik olmasından, onun “Azərbaycan Respublikasının Ağdam rayonunun tarixi” adlı kitabında Azərbaycanın Ağdam rayonunun tarixinin kompleks şəkildə təhlil olunmasından bəhs ediblər. 

Daha sonar Nazim Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Tədbirin gedişində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.