Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Reklam haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 616-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yeni dəyişikliklə bağlı paylaşım edib.
"İnfluenser və bloqqerlər üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir.
Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur.
Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.
Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq arlandırıldı. Qanun isə artıq qüvvəyə mindi", - deyə Pərdəşünas bildirib.