Sumqayıtda iki müxtəlif ünvanda avtomat silahlar aşkar edilib.
"Unikal" xəbər verir ki, keçirilən tədbirlərlə şəhərin Yaşma bağları ərazisində 1 ədəd 7,62 çaplı “AK-74 Kalaşnikov” markalı avtomat, "Betonzavod" yaşayış massivində isə 1 ədəd 5,45 çaplı “AK-74 Kalaşnikov” avtomatı tapılıb.
Həmin silahlarla bağlı aidiyyəti üzrə araşdırmalara başlanılıb.