Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) mayın 9-da Kalininqradda hərbi paradın marşrutu boyunca partlayış hazırlayan Rusiya vətəndaşını həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kalininqradda Rusiyada qadağan olunmuş terror təşkilatına könüllü qoşulan və Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı terror aktı törətməyi planlaşdıran Rusiya vətəndaşını (2000-ci il təvəllüdlü) saxlayıb", - məlumatda deyilir.

Qeyd olunur ki, cinayəti törədən şəxs "Telegram" vasitəsilə ukraynalı əlaqələndiricidən tapşırıq alaraq, hərbi parad karvanının marşrutu boyunca partlayıcı qurğunu işə salmağa hazırlaşıb. 

Faktla bağlı terrorçuluq və təxribat fəaliyyətinə kömək etmə maddələri ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs həbs edilib və onu 20 ilə qədər həbs gözləyir.

Ağarza Elçinoğlu