Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.
"Unikal"ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Parlamentin yaz sessiyasının sonuncu iclası mayın 30-da keçiriləcək.
Yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması gözlənilir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Anar Kəlbiyev