İsrailin ABŞ-dəki səfirliyinin iki əməkdaşını öldürən şəxsi ölüm cəzası gözləyir.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin müvəqqəti prokuroru Jeanine Pirro deyib.
O, bildirib ki, çərşənbə gecəsi atışma nifrət cinayəti və terrorizm kimi araşdırılır.
"Bu, ölüm cəzası işidir", - deyə rəsmi qeyd edib.
Xatırladaq ki, İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşını çikaqolu 31 yaşlı Elias Rodriges qətlə yetirib.