Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında uğurlar arzulayır və sənədin işlənib hazırlanmasında və imzalanmasında bundan sonra da tərəflərə hər cür kömək göstərməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır və biz onlara bu məsələdə səmimi qəlbdən uğurlar arzulayırıq. Aydındır ki, müqavilə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub. Əgər hər iki tərəf bunda maraqlı olarsa, dəstəyimizi davam etdirməyə hazırıq", - Lavrov bildirib.
Ağarza Elçinoğlu