Finlandiyanın Müdafiə Nazirliyi Rusiya vətəndaşlarına ölkədə daşınmaz əmlak almağı qadağan etmək istəyir.

"Unikal" xəbər verir ki, Müdafiə Nazirliyi ekspertlərə Finlandiya üçün təhlükə yaratdığı iddia edilən ölkələrin vətəndaşlarının daşınmaz əmlak ala bilməyəcəkləri barədə qərar layihəsi göndərib. Rusiya və Belarusun bu kriteriyaya uyğun olduğu qərara alınıb.