Əslən Füzulidən olan Vətən Mühəribəsi şəhidinin 36 yaşı doğmaları tərəfindən qeyd olunub.

"Unikal"ın məlumatına görə, anım xarakteri daşıyan doğum günü mərasimi Hacıyevlər ailəsinin müvəqqəti olaraq Mingəçevirdə məskunlaşdığı evdə baş tutub.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Nicat Hacıyev Zəfər döyüşlərinin gedişində oktyabr ayının 3-də Cəbrayıl rayonu ərazisində şəhid olub. Ölümündən sonra Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığına görə, həmçinin "Cəsur döyüşçü" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Şəhidin anası Əsli Hacıyevanın "Unikal"a verdiyi məlumata görə, şəhid oğlu Nicat ailənin sonbeşiyi olub. Ölümündən az öncə nişanlı olub, toya hazırlaşırmış.

Nicat Hacıyev Aprel döyüşlərində iştirak edərək şücaət göstərib. Tərxis olunduğu zaman Zəfər yürüşünə könüllü olaraq qatılıb və ölümündən sonra 5 medalla təltif olunub.

Ehtiram Muradov