"2025-ci ilin sonuna qədər bütün zəlzələ bölgəsində 453 min vətəndaşın evlərini və iş yerlərini təhvil verəcəyik". 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlayıb. 

"İnşallah, önümüzdəki iyun ayında Kahramanmaraşda prezidentimiz və Azərbaycan Prezident İlham Əliyevin iştirakı ilə 11 əyalətdə 250 mininci evimizin açarlarını böyük ruh yüksəkliyi ilə vətəndaşlarımıza təhvil verəcəyik. Biz təkcə zəlzələ bölgəsində ev tikmirik, həm də millətimizlə əl-ələ verib ümid və yeni başlanğıc qururuq", - deyə nazir açıqlayıb. 

Ağarza Elçinoğlu