Azərbaycan şirkətləri və investisiyaları Ukrayna üçün çox önəmlidir.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
“Mən buradan Azərbaycan işgüzar dairələrinə mesajım var. . Müharibəyə baxmayaraq Ukrayna hələ də cəlbedici bazar və etibarlı tərəfdaşdır. Biz Azərbaycan investisiyalarını dəstəkləməyə hazırıq”, - deyə nazir vurğulayıb.