"Ermənistan sülh müqaviləsini imzaladıqdan sonra onu Konstitusiya Məhkəməsinə göndərməyə borcludur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumunda çıxışı zamanı deyib.
Baş nazir həmçinin sülh sazişi məsələsi və onun Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğu barədə danışıb: "Bu baxımdan bizim iki variantımız var: Birincisi, Konstitusiya Məhkəməsi sazişin mətninin konstitusiyamıza uyğun gəlmədiyi barədə qərar qəbul etməsidir. Əgər belə bir qərar baş versəydi (hərçənd bizim ekspertlər ehtimalın yüksək olmadığını deyir), bizdə çox xüsusi bir vəziyyət yaranacaqdı ki, orada qərar qəbul edilməli olacaq. Düzünü desəm, belə olan halda mən konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edərdim. Bu sülh prosesini və sülh sazişini əldən vermək olmaz.
Və əgər Konstitusiya Məhkəməsi sazişin konstitusiyaya tam uyğun olduğunu qərar verərsə, o zaman sənədin ratifikasiyaya göndərilməsinə heç bir maneə olmayacaq. Bu sənəd ratifikasiyadan sonra Ermənistanda ən yüksək hüquqi qüvvə əldə edəcək. Konstitusiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən, Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir. Sülh müqaviləsi Azərbaycanın malik ola biləcəyi və hazırda malik olduğu bütün narahatlıqları aradan qaldıracaq".
Ağarza Elçinoğlu