Türkiyə polisi FETÖ terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, İzmir mərkəzli 5 vilayətdə keçirilən əməliyyatda 41 şübhəlidən 33-ü saxlanılıb. Əməliyyat zamanı pul, qızıl və çoxlu sənədlər ələ keçirilib.