"Mən 9 il 6 ay müddətə həbs olunmuşdum, 6 il 1 ay həbsdə olmuşam. Həbs müddətimin bitməyinə 3 il 5 ay qalmışdı".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv olunan Pakistan vətəndaşı keçmiş məhkum Şahnasrat Şahyarmat deyib.

O bildirib ki, narkotiklə bağlı həbs olunmuşdu:

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, bizim əfv olunmağımız üçün sərəncam imzalayıb".

Müxbir: Anar Kəlbiyev

Fotolar: Ayxan Məlikov