Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, həmsöhbətlər regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi çərçivəsində baş verən son gedişat ətrafında fikir mübadiləsi aparıblar.
Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirib.