İngiltərə Premyer Liqasında (APL) eyniadlı futbol klubunun qələbəsini qeyd etmək üçün Liverpulun mərkəzinə toplaşan izdihamın üzərinə maşın sürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Azı 17 nəfərin yaralandığı bildirilir.
Avtomobil sürücüsü saxlanılıb. Fövqəladə xidmətlər hazırda hadisə yerindədir.